İnşaatçılar

İnşaatçılar

Həftəiçi 5 gün səhər saat 08:00-dan 10:00-a qədər Radio Enerji 101.1 FM-də canlı yayımlanan “İnşaatçılar” verilişində inşaat sektorunun problemləri araşdırılır. Səbəb və nəticələri barədə həm ekspertlərin, həm də ictimaiyyətin fikirləri dinlənilir. Bunlarla yanaşı təmir-tikinti sektorundakı yeniliklər, məhsullar, təmir-tikinti materiallarının xüsusiyyətlərindən də bəhs edilir. Daşınmaz əmlak bazarındakı ümumi vəziyyət, bütün çatışmazlıqlar, bazara daxil olan həm şirkətlər, həm də yeni məhsullar barədə dinləyicilərə, dolayısı ilə cəmiyyətə məlumatlar verilir, müzakirə və debatlar təşkil edilir. Dəvət edilən qonaqların sahələrinə aid istər məhsul, istərsə də göstərdikləri xidmətlər barədə ətraflı söhbət aparılır. Təmir-tikinti sahəsində cəmiyyəti “keyfiyyətsiz” məhsul və xidmətlərdən uzaqlaşdırmaq və bu sahə ilə bağlı bilinməyən məsələləri açmaqla maarifləndirmək “İnşaatçılar” komandasının əsas prinsipi və məqsədidir. Veriliş ərzində olan müxtəlif rubrikalar vasitəsi ilə dinləyicilər həmçinin daşınmaz əmlakları ilə bağlı alqı-satqı elanlarını da birbaşa canlı efir üzərindən bütün Azərbaycana çatıdırırlar. “İnşaatçılar”-ı dinləyin ki, itirməyəsiniz.

Verilişin adı:  Avtotəmir

Yayımlandığı radio: Radio Enerji 101.1 FM

Həftəiçi hər gün 08:00-10:00

Mövzusu: İnşaat sektorun da olan problemlər və yeniliklər